22.12.2021 10:28
672
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçuları klubda koronavirusa yoluxduqdan sonra məşqlərə qayıdıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə “Mançester Yunayted”in mətbuat xidməti məlumat yayıb.
Klubun futbolçuları və heyəti arasında bir sıra müsbət test nəticələrinin olması ilə əlaqədar komandanın İngiltərə çempionatında “Brentford” və “Brayton”la görüşləri təxirə salınıb.
Qeyd olunur ki, Ralf Ranqnikin komandası 19-cu turun “Nyukasl”la səfər matçının (27 dekabr) hazırlığına başlayacaq. “Mançester Yunayted” keçirdiyi 16 oyundan sonra 27 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.