“Legiya”da ciddi problemlərlə üzləşən Mahir Emreli daha bir klubun maraq dairəsinə düşüb.
"CEMPİON.AZ" xəbər verir ki, sabiq komandası “Qarabağ” 24 yaşlı forvardın xidmətində maraqlıdır. Yayda məhz Ağdam klubundan Varşava təmsilçisinə keçən milli komandamızın üzvü mövsümə yaxşı başlasa da, son vaxtlar həm özü, həm də komandası uğursuzluq zolağına düşüb. Xüsusən də, Plotsk “Visla”sı ilə çempionat matçından sonra azarkeşlərin hücumuna məruz qalan Emreli artıq komandadan ayrılmaq niyyətindədir. Polşa və Macarıstan klublarından təklifləri olan Mahiri “Qarabağ” da mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirir. Oyunçu 6 aylıq ölkəyə dönməyə müsbət yanaşsa, ağdamlılar Polşa klubu ilə danışıqlara başlayacaq. “Qarabağ” Emrelini qaytarmağı bacarsa, o zaman hücumçusu Ramil Şeydayevin mövsümün sonuna qədər icarə əsasında “Zirə”yə yollanmasına razılıq verəcək.
Qeyd edək ki, bu mövsüm “Legiya”nın heyətində 33 oyunda 11 qol vuran və 2 məhsuldar ötürmə verən Mahir Emrelinin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
BİZİM FUTBOL
Emreli və Qurbanovdan ani görüş
23.12.2021 09:46
436