çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Həmyerlimiz komandasının ən zəifi 

22.12.2021 10:10 Oxundu 415


Legiya” klubunda futbolçular dekabrdakı performansına görə sıralanıb.
"CEMPİON.AZ"
xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu dəfə də ayın ən zəif oyunçusu seçilib. 24 yaşlı forvard -4 xala “layiq görülüb” ki, ondan aşağı göstəriciyə imza atan olmayıb. 19 futbolçunun yer aldığı sıralamada portuqaliyalı yarımmüdafiəçi Josue Peskeyra hamını qabaqlayıb. O, 3 xalla ayın futbolçusu adına yiyələnib.
Qeyd edək ki, “Legiya” dekabrda keçirdiyi oyunlarda “Krakovya” (0:1), “Visla” (Plotsk - 0:1), “Radomyak” (0:3) və “Spartak”a (Moskva – 0:1) məğlub olub, “Motor” (2:1) və “Zaqlebye” (4:0) üzərində qələbə qazanıb.