23.12.2021 10:18
464
İndoneziyanın “Tornado” klubunun futbolçusu Taufik Remsi dünyasını dəyişib.
"CEMPİON.AZ" "world-today-news"a istinadən xəbər verir ki, 20 yaşlı qapıçı oyun zamanı rəqiblə toqquşmadan ölüb. Hadisə 3-cü liqanın “Vaqana” ilə matçı vaxtı baş verib. Toqquşma zamanı rəqibin ayağı Remsinin başına dəyib. Həmin vaxt qapıçı huşunu itirib. Qolkiperi xərəkdə təcili tibbi yardım maşınına çatdırılıb. Başındakı ağır zədə ilə xəstəxanaya yerləşdirilən Remsi təcili əməliyyat olunub. Lakin həkimlərin səyləri yetərli olmayıb və bir neçə gün komada qalan futbolçu həyatını itirib.