çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

"Qarabağ" Avropada 10-ğun astanasında 

23.12.2021 10:32 Oxundu 422


Avropada ən yaxşı formada olan komandaların adları müəyyənləşib.
"CEMPİON.AZ"
xəbər verir ki, bütün turnirlər daxil olmaqla son 10 oyunda ən uğurlu nəticə göstərən 10 klub açıqlanıb. Cədvələ İspaniya La Liqasının lideri “Real” başçılıq edir. “Kral klubu” yalnız son matçda heç-heçə edərək, qələbə seriyasını dayandırıb. “Mançester Siti”, “Sportinq”, “Bavariya”, “Dnep-1” və “Trabzonspor” da madridlilər kimi, son 10 görüşün 9-da qələbə qazanıb. Yeganə fərq ondadır ki, adları sadalanan komandalar digər bir qarşılaşmadan məğlub ayrılıb. 
Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” son 10 oyunun 6-da qələbə qazanıb, 2-də heç-heçə edib, 2-də isə məğlub olub. Bu göstərici ilə Ağdam təmsilçisi qitənin ilk “10-luğ”una düşməsə də, siyahıya ən yaxın komandalardan biri olub.

1. “Real” (İspaniya) – 9 qələbə, 1 heç-heçə
2-6. “Mançester Siti” (İngiltərə) – 9 qələbə, 1 məğlubiyyət
“Sportinq” (Portuqaliya) – 9 qələbə, 1 məğlubiyyət
“Bavariya” (Almaniya) – 9 qələbə, 1 məğlubiyyət
“Dnep-1” (Ukrayna) - 9 qələbə, 1 məğlubiyyət
“Trabzonspor” (Türkiyə) – 9 qələbə, 1 məğlubiyyət
7-8. “İnter” (İtaliya) – 8 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət
“Liverpul” (İngiltərə) – 8 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət
9. “Royal Yunion” (Belçika) – 8 qələbə, 2 məğlubiyyət
10. “Başakşəhər” (Türkiyə) – 7 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət