çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

Pekində keçirilən Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsindən NHL-in qərarına reaksiya 

23.12.2021 11:11 Oxundu 437


Olimpiya Təşkilat Komitəsi Milli Xokkey Liqası (NHL) oyunçularının Pekinə gəlməməsindən təəssüfləndiyini bildirib. 

"CEMPİON.AZ" "ria.ru"ya istinadən xəbər verir ki, bu fikri Pekin Qış Olimpiya Oyunları Təşkilat Komitəsinin epidemiyaların qarşısının alınması və nəzarət şöbəsinin müdir müavini Huanq Çun cümə axşamı mətbuat konfransında səsləndirib. Qərar epidemioloji vəziyyətin mürəkkəbləşməsi səbəbindən NHL-in müntəzəm mövsümünün təxirə salınmış oyunlarının sayının artması ilə əlaqədar qəbul edilib.
Beynəlxalq Olimpiya Komitəsi də vəziyyətlə bağlı münasibətini açıqlayıb. Təşkilat həmçinin pandemiyanın NHL-in cədvəlinə ciddi təsir göstərdiyinə görə təəssüfünü qeyd edib. 
Xatırladaq ki, Kanada Buzda Xokkey Federasiyası Milli Xokkey Liqasının (NHL) oyunçularının Pekin Olimpiadasında iştirak edə bilməyəcəyini bildirərək, məyus olduqlarını bildirib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
NHL-in mətbuat xidməti klublarının oyunçularının 2022-ci il Olimpiadasında iştirak etməyəcəklərini açıqlamışdı.
Qeyd edək ki, Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.