çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

Neçə idman növündə qanun pozuntusu qeydə alınıb?

23.12.2021 11:28 Oxundu 491

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2021-ci il ərzində 1588 test götürüb.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına dair onlayn mətbuat konfransında bildirib. Bunlardan 1450-si milli test proqramı əsasındadır. Müsabiqə zamanı 558 test imtahanı keçirilib. Sınaqların 88 faizi Bakıda, 12 faizi isə respublikanın regionlarında aparılıb. Yetkinlik yaşına çatmayan idmançılardan 384, paralimpiyaçılardan 26 test götürülüb. 
Ümumilikdə 11 idman növündə 19 qanun pozuntusu qeydə alınıb. 13-ü işlənməyə qəbul edilib, 6-sı ötən ildən nəzərdən keçirilir. Ümumilikdə 9 qərar qəbul edilib. 18 halda idmançılar anabolik steroidlər qəbul ediblər. Bir idmançı antidopinqdən bəraət aldığından, onun məsələsinə xitam verilib. 18 qayda pozuntusundan ən çox pozuntu paurliftinqdə qeydə alınıb - 5. Güləş, velosiped və basketbolda 2, para-atletikada, futbol, sambo, karate, boks, cüdo və para-cüdoda 1 qayda pozuntusu olub. 50 məkan məlumatı xətası aşkarlanıb. AMADA-nın tədqiqat şöbəsi 368 araşdırma aparıb. 
Qurumun əməkdaşları bu il 23 yerli, 7 beynəlxalq səviyyəli yarışda iştirak edib. Tokio-2020 Yay Olimpiya Oyunlarında da AMADA-nın iki əməkdaşı dopinq-testlərdə iştirak edib.
Tədqiqat üçün AMADA-ya daxil olan məlumatların 12 faizi qurumun elektron ünvanı vasitəsilə, 65 faizi rəsmi saytda anonim məlumat formasında əldə edilib.