çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

İBA prezidenti ilə görüşdə Kəmaləddin Heydərov niyə olmayıb?

23.12.2021 13:31 Oxundu 488


Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gəlib.
"CEMPİON.AZ" 
“Qafqazinfo”ya istinadən xəbər verir ki, İBA rəhbəri Boks Mərkəzində Azərbaycan boks millisinin məşqçiləri və idmançıları ilə görüşüb. 
Qurum rəhbəri məşqçilərlə və idmançılarla idmanın bu növündə son zamanlarda baş verən hadisələrdən danışıb. 
Maraqlıdır ki, Umar Kremlyovun Azərbaycan boks millisi ilə görüşündə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov iştirak etməyib. Federasiyasının mətbuat xidməti məlumat yayaraq Kremlyovun Kəmaləddin Heydərovla görüşəcəyini bildirib. Lakin milli üzvləri ilə görüşdə Boks Federasiyası rəhbərliyinin olmaması diqqətləri çəkib. Umar Kremlyov  açıqlamasında da hələ Kəmaləddin Heydərovla görüşmədiyini bildirib: “Hələ ki, ancaq vitse-prezidentlə görüşmüşəm. Federasiya rəhbərliyi ilə görüş hələ baş tutmayıb, amma belə plan var”.