23.12.2021 14:56
438
“Dopinq testlərin sayı çox güman ki, artacaq. Bir çox idmançılar qeydiyyata alınmış test qrupuna alınacaq”.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O, 2021-ci ildə bir futbolçuda dopinq şübhəsi olduğunu vurğulayıb. Ancaq aparılan araşdırmadan sonra futboldakı iş üzrə məsələyə xitam verilib.
Şəfəq Hüseynli ad çəkməyin məqsədəuyğun olmadığını deyib.