24.12.2021 09:45
457
Rusiya prezidenti Vladimir Putin bir sıra ölkələrin, o cümlədən ABŞ-ın Pekin Olimpiya Oyunlarını boykot etməsi qərarını qəbuledilməz və səhv hesab edir.
"CEMPİON.AZ" xəbər verir ki, bu fikri Putin illik mətbuat konfransında səsləndirib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ABŞ rəsmilərinin Pekində iştirak etməməsini nəzərdə tutan, lakin amerikalı idmançıların iştirakına mane olmayan oyunları diplomatik şəkildə boykot etdiyini açıqlayıb.
Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində, Paralimpiya Oyunları isə martın 4-dən 13-dək keçiriləcək. Artıq 27 yanvar 2022-ci ildə Çin Olimpiya kəndlərini açacaq və dünyanın hər yerindən idmançıları qəbul etməyə başlayacaq.