Futbol üzrə üçqat dünya çempionu braziliyalı əfsanə, Pele yoğun bağırsağındakı şiş götürüldükdən sonra müalicə aldığı xəstəxanadan evə buraxılıb.
"CEMPİON.AZ" bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, sentyabr ayında Pelenin yoğun bağırsağında şiş aşkarlanıb. Dekabrın 8-də müalicə üçün nəzərdə tutulduğu kimi xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.
Pele futbol üzrə yeganə üçqat dünya çempionudur (1958, 1962, 1970). O, Braziliya millisi ilə 92 oyun keçirib və 77 qola imza atıb. Beynəlxalq Futbol Federasiyası tərəfindən 20-ci əsrin ən yaxşı futbolçusu adına layiq görülüb. Forvard Braziliyanın “Santos” (1956-1974) və Amerikanın “Nyu York Kosmos” (1975-1977) komandalarında çıxış edib. Pele karyerasında 1279 qolun müəllifi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
DÜNYA FUTBOLU
Pele xəstəxanadan buraxılıb
24.12.2021 10:21
436