İtaliyanın “Genoa” klubu Rusiya millisinin və “Atalanta”nın futbolçusu Aleksey Mirançukun transferi ilə bağlı danışıqlara başlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, Berqamo klubu rusiyalı üçün bonuslar nəzərə alınmaqla 15 milyon avro istəyib.
Miraçnukun 26 yaşı var. O, 2020-ci ilin sentyabrında Moskvanın "Lokomotiv" klubundan "Atalanta"ya keçib. Bu mövsüm rusiyalı İtaliya çempionatında 10 oyun keçirib və 1 qol vurub. “Atalanta” 19 turdan sonra 38 xal toplayıb və İtaliya çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. 11 xalı olan “Genoa” 18-ci pillədə qərarlaşıb. Genuya komandasına ukraynalı Andrey Şevçenko başçılıq edir.
DÜNYA FUTBOLU
"Genoa" Mirançukun transferi üçün "Atalanta" ilə danışıqlara başladı
24.12.2021 10:32
419