24.12.2021 10:41
480
İngiltərə Premyer Liqası koronavirusla əlaqədar futbol üzrə ölkə çempionatının 19-cu turunun iki oyununun təxirə salınmasına qərar verib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Bazar günü baş tutmalı olan "Liverpul" - "Lids", eləcə də "Vulverhempton" - "Uotford" arasında keçiriləcək görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl İngiltərə çempionatının 18-ci turunun altı oyunu təxirə salınmışdı.