çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Qvardiola Torresin transferinə münasibət bildirdi

24.12.2021 11:02 Oxundu 436


“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu Ferran Torresin komandadan ayrılmaq istəyinə münasibət bildirib.
"CEMPİON.AZ"
"Metro"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis həmyerlisinin “Barselona”ya keçmək variantının real olduğunu təsdiqləyib. Qvardiola bildirib ki, oyunçunun keçidi ilə bağlı danışıqlar davam etdirilir. O həmçinin oyunçunun olduğu yerdə xoşbəxt olmadıqdan sona yerini dəyişmək istəməsini normal qəbul etdiyinini vurğulayıb:
“Karyera qısadır, bir gün bitər. O, ayrılmaq istəyirsə, heç bir məyusluq yoxdur. Bu, onun arzusudur, mən onun üçün xoşbəxtəm. Əgər iki və ya üç hücumameyilli oyunçumuz olsaydı, bəlkə də Ferranın daha çox oynamaq və daha uzun müddət qalmaq şansı olaırdı. 
Baş məşqçi "Barca"ya yox deyə bilməyəcəkləri fikrini də əsaslandırıb:
"Həmişə məndə belə bir hiss var ki, “Barselona” və ya “Real Madrid” oyunçular üçün qapını döyəndə “yox” demək çətin olur".