“Qarabağ”ın qapıçısı Emil Balayev yenidən Qazaxıstanın hədəfindədir.
"CEMPİON.AZ" xəbər verir ki, Azərbaycan millisinin üzvü “Aktobe”nin transfer hədəfinə çevrilib. Bildirilib ki, 27 yaşlı qolkiper “qırmızı-ağlar”dan təklif alıb və özü də Qazaxıstana dönməyə hazırdır. Ancaq 2019-cu ildə “Tobol” formasını geyinmiş Emili “Aktobe” çox gözləməyəcək. Klub digər namizədləri də nəzərdən keçirir. Buna səbəb “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin çiynindən zədə alaraq 2,5 aylıq sıradan çıxmasıdır. Ağdam klubu riskə gedərək, yalnız gənc qapıçıların ümidinə qalmaq istəmir. Konfrans Liqasında pley-offa vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hələ də Balayevin təcrübəsinə ehtiyac duyur. Ancaq istənilən halda qolkiperin “Aktobe”yə keçmək variantının üstündən xətt çəkmək olmaz. Aktobelilər vəziyyətin inkişafını izləyəcək və paralel olaraq digər qapıçılarla danışıqlar aparacaq.
Qeyd edək ki, “Aktobe” 2021-ci il mövsümünü 6-cı pillədə başa vurub. Emil Balayevin “Qarabağ”la müqavilə müddəti isə mövsümün sonuna qədərdir.
BİZİM FUTBOL
Emil Balayev yenidən Qazaxıstanın hədəfində
24.12.2021 12:10
549