“2017-ci ildə Çempionlar Liqasının finalına qədər gedəndə təcrübəli komanda olmaqla yanaşı, həm də əsl kollektiv idik. Bu ruhu Ronaldo gələndən sonra itirdik. Bir sözlə o, “Yuventus”un DNT-sini pozdu".
"CEMPİON.AZ" "dailymail"ə istinadən xəbər verir ki, bu sözləri “Parma”nın əfsanəvi qapıçısı Canluici Buffon Kriştiano Ronaldonun haqqında danışarkən səsləndirib.
Buffonun fikrincə, 2018-ci ildə onu komandaya transfer etmək ən böyük yanlışlıq idi:
"2017-ci ildə Çempionlar Liqasının finalına qədər gedəndə təcrübəli komanda olmaqla yanaşı, həm də əsl kollektiv idik. Bu ruhu Ronaldo gələndən sonra itirdik. Bir sözlə o, “Yuventus”un DNT-sini pozdu. Ronaldonun “Yuventus”dakı ilk mövsümündə PSJ-də idim. Sonrakı iki mövsümü birlikdə keçirdik. Çox işlər gördük, amma bir kollektiv ola bilmədik”.
Qeyd edək ki, Kriştiano Ronaldo “Yuventus”da keçirdiyi 134 oyunda 101 qol vurub, 22 məhsuldar ötürmə verib. Komanda ilə birlikdə iki dəfə İtaliya çempionu olub, kuboku və iki dəfə İtaliya Superkubokunu qazanıb.
DÜNYA FUTBOLU
Buffon Ronaldo barədə: "O, “Yuventus”un DNT-sini pozdu"
24.12.2021 12:50
428