24.12.2021 13:17
929
Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu bəlli olub.
"CEMPİON.AZ" xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını yenidən İndoneziyada davam etdirəcək. O, “Cakarta Elektrik”lə müqavilə imzalayıb. Odina 2021/22 mövsümünün sonunadək bu klubda çıxış edəcək. Voleybolçumuz karyerasında ikinci dəfə İndoneziyada oynayacaq. O, 2020-ci ili “Cakarta Pertamina Energi”də keçirib.
Qeyd edək ki, yayda Braziliyanın “Sesi” klubuna keçən Əliyeva mövsümün ilk yarısında Cənubi Amerika təmsilçisinə məxsus olub.