24.12.2021 13:27
455
Amsterdam “Ayaks”ının yarımmüdafiəçisi Duşan Tadiç Serbiyanın 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Serbiya Futbol İttifaqının rəsmi “Twitter” hesabında məlumat paylaşılıb. Bundan əvvəl Tadiç bu mükafatı 2016 və 2019-cu illərdə alıb. 2020/21 mövsümündə o, "Ayaks"ın heyətində 51 oyun keçirib, 22 qol vurub və 26 məhsuldar ötürmə edib. Bu mövsüm 33 yaşlı yarımmüdafiəçi Amsterdam klubunun heyətində 24 görüşdə 8 qol vurub, 14 məhsuldar ötürmə edib. Cəmi bir təqvim ilində serb 37 məhsuldar ötürmə edib və Lionel Messinin 2011-ci ildəki rekordunu (36) yeniləyib.
Serbiyanın 2021-ci ilin ən yaxşı məşqçisi milli komandanın rəhbəri Draqan Stoykoviç seçilib.