çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

Sabiq voleybolçuya fəxri ad

24.12.2021 14:29 Oxundu 467

Qadınlardan ibarət Azərbaycan millisinin uğurlarında pay sahibi olan 8 voleybolçuya fəxri ad verilib.
"CEMPİON.AZ"
xəbər verir ki, uzun illər yığma və klub səviyyəsində çıxış edən oyunçular əməkdar idman ustası adı ilə təltif olunub. Bunlardan üçü voleybolçu karyerasını başa vuranlardır. Natalya Məmmədova, Aynur Kərimova, Ceyran İmanova artıq karyeralarını yekunlaşdırıblar. İdman ustası adı alanlar arasında Polina Rəhimova, Odina Əliyeva, Ayşən Abdulazimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva da var.