çərşənbə axşamı, 26 noyabr 2024

BİZİM FUTBOL

Rəşad Sadıqovun futbolçu kimi ilk müqaviləsinin fotosu - 20 “şirvan” alırmış

24.12.2021 16:31 Oxundu 490

Azərbaycan millisinin sabiq kapitanı və “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqovun futbolçu kimi bağladığı ilk müqavilənin fotosu yayılıb.

"CEMPİON.AZ" xəbər verir ki, fotoda müqavilənin Tovuzun “Turan” klubu ilə bağlandığı əks olunub.
Müqavilədən görünür ki, kontrakt müddəti 13.10.2000-13.10.2003-cü illərini əhatə edib. Müqavilənin şərtlərinə əsasən, R. Sadıqovun aylıq maaşı o vaxtın pulu ilə 200 min manat, yəni 20 şirvan (indiki pulla 40 manat) olub.
Qeyd edək ki, 2005-ci il fevralın 7-də Prezident İlham Əliyev "Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub.