25.12.2021 10:02
435
Braziliyanın “İnternacional” futbol klubu Polşa millisinə rəhbərlik edən portuqaliyalı məşqçi Paulo Souza ilə müqavilə imzalamağa yaxındır.
"CEMPİON.AZ" xəbər verir ki, "İnternacional" Souzaya iki mövsümlük müqavilə təklif edir. Klub nümayəndələrinin danışıqları başa çatdırmaq üçün Milad bayramından sonra Portuqaliyaya gedəcəyi gözlənilir.
Souza 2021-ci ilin yanvarından Polşa millisinə rəhbərlik edir. Əvvəllər o, "Queens Park Reyncers", "Suonsi" və "Lester", Macarıstanın "Videoton", İsrailin "Makkabi Təl-Əviv", İsveçrənin "Bazel", İtaliyanın "Fiorentina", Çinin "Tianjin Quanjian", Fransanın "Bordeaux" klublarında baş məşqçi vəzifəsində çalışıb.
Məşqçi kimi mütəxəssis Macarıstan Liqa Kubokunun və iki dəfə Macarıstan Superkubokunun sahibi, həmçinin İsrail və İsveçrə çempionu olub.
"İnternacional" Braziliya-2021 Çempionatında 12-ci yeri tutub. 38 oyunda komanda 48 xal toplayıb.