çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Xorvatiyanın 23 yaşlı müdafiəçisi dünyasını dəyişdi

25.12.2021 10:43 Oxundu 492


Xorvatiyanın "
NK Nehaj" futbol komandasının
 müdafiəçisi Marin Çaçiç 23 yaşında xəstəxanada dünyasını dəyişib. 
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə Britaniyanın “ Mirror” qəzeti məlumat yayıb. 
Mənbənin sözlərinə görə, Çaçiç məşq zamanı huşsuz vəziyyətdə yıxılıb, bundan sonra o, xəstəxanaya çatdırılıb, futbolçuya ürək çatışmazlığı diaqnozu qoyulub. Xəstəxanaya yerləşdirilən futbolçu sonradan tibbi komaya salınıb, həkimlərin göstərdikləri səylər müsbət nəticə verməyib və futbolçu dünyasını dəyişib.
Klubun rəsmi "Facebook" səhifəsində Çaçiçə Sergey Yeseninin "Əlvida, dostum, əlvida" şeiri həsr olunub.
"NK Nehaj" Xorvatiya çempionatının üçüncü güclü divizionunda çıxış edir.