Türkiyənin “Fənərbağça” klubu Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Levi komandanın başında görmək niyyətindədir.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport”un jurnalisti Nikolo Şira “ Twitter ” səhifəsində məlumat yayıb. Mənbənin sözlərinə görə, klub mütəxəssisə 2024-cü ilə qədər müqavilə təklif edib və məşqçidən cavab gözləyir.
Levin 61 yaşı var, 2006-cı ildən Almaniya millisinə rəhbərlik edir və 2021-ci il Avropa çempionatından sonra bu postu tərk edib. Mütəxəssisin rəhbərliyi altında almanlar 2014-cü ildə dünya çempionu olub, 2010-cu il dünya çempionatında isə bürünc medal qazanıblar. Avropa çempionatında Lev başda olmaqla Almaniya millisi bir dəfə gümüş (2008) və iki dəfə bürünc medal (2012, 2016) qazanıb. Lev artıq 1998-1999-cu illərdə "Fənərbağça"ya rəhbərlik edib. O, Almaniyanın “Ştutqart” və “Karlsrue”, Türkiyənin “Adanaspor”, Avstriyanın “Avstriya” və “Tirol” komandalarını da çalışdırıb.
Qeyd edək ki, dekabrın 20-də portuqaliyalı çalışdırıcı Vitor Pereyra “Fənərbağça”nı tərk edib. Türkiyə çempionatının 18 turundan sonra İstanbul klubu 29 xal toplayıb və turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
DÜNYA FUTBOLU
"Fənərbağça" Levin cavabını gözləyir - KİV
25.12.2021 12:38
526