çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Mahir Polşa Ekstraklasasının fiasko "11-liy"ində

25.12.2021 14:42 Oxundu 530


Polşa Ekstraklasasında mövsümün ilk dövrəsinin fiasko “11-liy”i açıqlanıb.
"CEMPİON.AZ"
xəbər verir ki, “Legiya”nın formasını geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də siyahıya düşüb. PolskaPiłka.pl portalının 11 redaktorunun iştirak etdiyi sorğuda hamıdan çox – 10 səs toplayan 24 yaşlı forvard ən uğursuz simvolik heyətdə komanda yoldaşı Tomaş Pekhartla birlikdə hücum dueti təşkil edib. Emrelinin uğursuzlar sırasına düşməsi belə əsaslandırılıb: “Mahir Emreli bəzi oyunlarda yüz faizlik şansları qaçırdı, bəzən isə zərəsi dirəklərdən döndü. O, Avropa Liqasında komandanın qol silahı olsa da, Ekstraklasada kölgədə qaldı. Rəqib qapılarına endirdiyi ümumilikdə 36 zərbədən 12-si çərçivəyə düşüb. 15 oyunda cəmi 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 44 faiz uğurlu driblinq, 33 faiz təkbətək vəziyyətlərdən qalib ayrılma. Ekstraklasanı fəth etməli olan “Legiya”nın hücumçusu çempionatı çox tez tərk edə bilər. Plotsk “Visla”sı ilə matçdan sonra bazada azarkeşlər tərəfindən döyülüb. Polşa çempionu onun satışından yaxşı pul qazanmalı idi. Yəqin ki, alınmayacaq. Son aylar onun möhtəşəm performansından daha çox şəhərdəki şənliklərə qatılması barədə danışıldı. Ayrılmaq üçün yaxşı vaxtdır”.