Futbol üzrə İngiltərə çempionatının 19-cu turu çərçivəsində evdə "Lester"i qəbul edən "Mançester Siti" 6:3 hesabı ilə qalib gəlib.
"CEMPİON.AZ" xəbər verir ki, qaliblərin qollarını Kevin De Bruyne (5-ci dəqiqə), Riyad Marez (14, penalti), İlkay Gündoğan (21), Rəhim Sterlinq (25, penalti, 87) və Emerik Laport (69) vurub. Məğlub komandanın qolarını Ceyms Maddison (55), Ademola Lukman (59) və Keleçi İheanaço (66) vurub. “Mançester Siti” ardıcıl olaraq 9-cu dəfə Premyer Liqa çempionluğunu qazanıb və 19 oyundan sonra 47 xalla turnir cədvəlinə liderlik edir. 17 oyundan sonra 22 xal toplayan “Lester” onuncu pillədə qərarlaşıb.
Növbəti matçında "Mançester Siti" dekabrın 29-da səfərdə "Brentford"la, bir gün əvvəl isə "Lester" isə "Liverpul"u görüşəcək.
Digər qarşılaşmalarda "Arsenal" "Norviç"i 5:0, "Tottenhem" "Kristal Pelas"ı 3:0, "Sautempton" "Vest Hem"i 3:2 hesabı ilə məğlub edib.
DÜNYA FUTBOLU
“Mançester Siti” məğlubiyyətsizlik seriyasını davam etdirir
27.12.2021 11:59
437