Polşa Futbol İttifaqının rəhbəri Sezariy Kuleşa Portuqaliya millisinin baş məşqçisi Paulo Souza ilə müqaviləyə xitam verməkdən imtina etdiyini açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Kuleşa özünün "Twitter" səhifəsində məlumat verib:
"Bu gün Paulo Souza mənə başqa klubun təklifinə görə müqaviləni pozmaq istədiyini söylədi. Bu, son dərəcə məsuliyyətsiz davranışdır, məşqçinin əvvəlki açıqlamaları ilə bir araya sığmır. Ona görə də mən qəti şəkildə imtina etdim".
51 yaşlı Souza 2021-ci ildən Polşa millisinə rəhbərlik edir.
Qeyd edək ki, bundan əvvəl Braziliyanın "Globo" telekanalı portuqaliyalı mütəxəssisin "Flamenqo" futbol klubuna başçılıq etməyə razılaşdığını bildirmişdi.
DÜNYA FUTBOLU
Polşa Futbol İttifaqı millinin baş məşqçisi ilə müqaviləyə xitam verməkdən imtina edib
27.12.2021 12:13
474