çərşənbə axşamı, 26 noyabr 2024

BİZİM FUTBOL

De Byazi millini tərk etməyə hazırdır - KİV

27.12.2021 12:45 Oxundu 453


Canni de Byazi Azərbaycan millisindən ayrıla bilər.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə Yunanıstanın “Live Sport” nəşri məlumat verib. Nəşrin məlumatına görə, italiyalı mütəxəssis bu ölkənin yığmasında baş məşqçi postuna namizədlərdən biridir. Bildirilib ki, 65 yaşlı mütəxəssis AFFA ilə müqaviləsini yenicə uzatmasına baxmayaraq, komandadan getməyə hazırdır. Yunanıstan Futbol Federasiyası (EPO) de Byazinin namizədliyini nəzərdən keçirir. Qurum rəsmiləri onun komandaya yenidən əvvəlki əzəmətini qaytarmaq bacarığına malik olduğunu düşünürlər. Namizədlər sırasında Cennaro Qattuzo və Roberto Donadoni kimi digər italiyalı mütəxəssislər də var. Lakin EPO üçün ən ideal variant Azərbaycan millisinin çalışdırıcısı sayılır. 
Qeyd edək ki, Canni de Byazi ötən ay AFFA ilə müqavilə müddətini gələn ilin oktyabrına qədər uzadıb.