27.12.2021 13:33
533
Hazırda futbol üzrə Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizədlərdən biridir.
"CEMPİON.AZ" xəbər verir ki, "Live Sport" nəşri 65 yaşlı mütəxəssisin AFFA ilə müqaviləsinin olmasına baxmayaraq komandadan getməyə hazır olduğunu yazıb. İtaliyalı baş məşqçi bu səbəbdən, Yunanıstan Futbol Federasiyasına (EPO) təklif olunub. Federasiya rəsmiləri onun millidə uğur qazana biləcəyinə inanırlar.