çərşənbə axşamı, 26 noyabr 2024

BİZİM FUTBOL

Ukrayna azərbaycanlıları turnirin qalibi olub

27.12.2021 14:21 Oxundu 515

 
Ukrayna Azərbaycanları Radası və Ze!Molodyojkanın birgə təşkilatçılığı ilə Ukraynada yaşayan azsaylı xalqların nümayəndələrinin işitakı ilə 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol turnirini keçirilib. Ukrayna, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızstan və Ərəb komandadaları REJO İdman Kompleksində güclərini sınayıblar.
Azərbaycan və Ukrayna himnlərinin səsləndirilməsi ilə başlayan turnirin qalibi Özbəkistanı 8-1, Qırğızıstanı 10-2 hesabı ilə məğlub edərək finala yüksələn azərbaycanlı gənclər olublar. Təmsilşilərimizin finaldakı rəqibi Ukraynadakı Türkiyə səfirliyinin diplomatlarından ibarət Türkiyə komandasını 9-0 və ZE Molodyojka komandasını 6-4 hesabı ilə məğlub edən ərəblərin Dostluq komandası olub. Maraqlı və çətin mübarizədə azərbaycanlı gənclər ərəb rəqiblərini 7-0 hesabı ilə məğlub edərək kubokun sahibi olublar.
Turnirin bombardiri azərbaycanlı gənclərinin hücumçusu Orxan İbadov tamaşaçıların və hakimlərin ortaq qərarı ilə “Ən yaxşı futbolçu” nominasiyasının qalibi olub.
Çempion komandamıza kuboku və medalları təqdim edən sərbəst güləş üzrə SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi,  veteranlar arasında sərbəst güləş üzrə dünya və Avropa çempionu, “Bakinets” klubunun prezidenti və Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmtəsisçisi Oleq Krapivin dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hamını təbrik edib. Gənclərə xüsusi ilə də idmançılara hər zaman dəstək olduqlarını bildirən UAR həmtəsisçisi iştirakçılara uğurlar arzulayıb.
Turnirin ikincisi olan ərəblərin Dostluq komandasına medallarını təqdim edən hüquq elmləri doktoru, Ukrayna Azərbaycanlıları Radasının digər həmtəsisçisi Hikmət Cavadov idmanın birləşdirici rolundan danışıb. Cavadov qeyd edib ki "Fair Play" qaydalarına uyğun keçən belə yarışlar bizi bir birimizə daha da yaxınlaşdırır, dostluqları möhkəmləndirir.
ZeMolodyojka oyunçularını brünc medallarla təltif edən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov dövlətimizin, ümumilikdə diasporumuzun gənclərə və idmana olan diqqərini vurğulayıb. Azərbaycanlı diplomat diasporlararası əlaqələrin inkişafında belə turnirlərin davamlı keçirilməsinin vacibliyini qeyd edib.

‘Ən yaxşı futbolçu’ nominasiyasının qalibi Orxan İbadovu təbrik edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov UAR həmsədrləri Oleq Krapivin və Hikmət Cavadova turnir iştirakçıları adından təşəkkür edib. Baş katib təşkilati dəstəyə görə ZeMolodyojka rəhbəri Ukrayna Ali Radasının deputatı Aleksandr Sançenkoya, beynəlxalq əlaqələr departamentinin rəhbəri Alina Poddubnaya və UAR aparat rəhbəri Elşad İbrahimova xüsusi təşəkkür edib. Turnirdə qardaşlığın, dostluğun və həmrəyliyin qalib gəldiyini bildirən Məmmədov yüksək səviyyədə iştiraklarına görə Türkiyə səfirliyin komandasını və kapitanı Evren bəyi, Özbəkistan komandasını və kapitanı Fərhad Abdullayevi, ‘Dostluq’ komandasını və kapitanı şeyx İmadı, ZeMolodyojka komandası və kapitanı Vaqif Nağiyevi, Qırğızıstan komandasını və kapitanı Mirlan bəyi və çempion Azərbaycan komandasını və kapitanı Yaşar Məmmədovu təbrik edərək uğurlar arzulayıb.