28.12.2021 10:41
448
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ölkəsi İtaliyada 2021-ci ilin ən yaxşı futbolçusunu seçib.
"CEMPİON.AZ" xəbər verir ki, 65 yaşlı mütəxəssis “İnter”in yarımmüdafiəçisi Nikolo Barellanı fərqləndirib.
Yığmamızın çalışdırıcısının fikrincə, İtaliya millisinin üzvü geridə qalmaqda olan ili həmyerlilərinin hamısından yaxşı keçirib: “Mən Barellanı seçirəm. Çünki özünü kollektivdən ayırmayan, tez uyğunlaşan və üzərinə məsuliyyət alan insanları sevirəm. Bu xüsusiyyətləri özündə cəmləşdirən futbolçu inkişaf edər”.
Qeyd edək ki, bu il “İnter”lə A seriyasını qazanan Nikolo Barella İtaliya millisinin heyətində Avropa çempionluğunu əldə edib.