çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

2 komanda texniki məğlubiyyət alaraq Fransa Futbol Kubokunu tərk edib

28.12.2021 12:55 Oxundu 453


Tribunalardakı iğtişaşlara görə ölkə kubokunun 1/32 final mərhələsinin oyununu başa vura bilməyən “Paris” və “Lion” futbol klublarına Fransa Futbol Federasiyasının İntizam Komitəsinin qərarı ilə texniki məğlubiyyət verilib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə FFF-nin mətbuat xidməti məlumat yayıb. 
İntizam komitəsi hər iki komandaya texniki məğlubiyyət verilməsi barədə qərar qəbul edib. Bu səbəbdən “Nitsa” klubu birbaşa 1/8 finala çıxıb. Bundan əlavə, "Lion" 52 min avro cərimələnib və klubun azarkeşlərinə mövsümün sonuna qədər qonaqların oyunlarına gəlmək qadağan edilib. Təkrar qayda pozuntusuna yol veriləcəyi təqdirdə “Lion” 2022/23 Fransa Kubokundan kənarlaşdırıla bilər. “Paris” 10 min avro cərimələnib, “Şarleti” stadionu komandanın beş rəsmi oyununa diskvalifikasiya edilib.
Qeyd edək ki, dekabrın 17-də Parisin “Şarleti” stadionunda keçirilən Fransa kubokunun 1/32 finalı tribunalarda baş verən iğtişaşlara görə dayandırılıb. Birinci hissədən sonra klubların azarkeşləri arasında toqquşma baş verib, bəzi azarkeşlər məşəl ataraq meydançaya qaçıblar. İlk hissədən sonra hesab bərabərləşib - 1:1. Təşkilatçılar stadionda görüşün davam etdirilməyəcəyini açıqlayıblar.