çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Mahir Emreli Polşada mövsümün ən zəif futbolçusu ola bilər

28.12.2021 13:17 Oxundu 474

Polşa Ekstraklasasında 2021/22 mövsümünün ilk yarısının ən yaxşı və ən pis futbolçuları seçilir.
"CEMPİON.AZ"
xəbər verir ki, hər nominasiya üzrə 11 namizəd göstərilib.
Azarkeşlər arasında aparılan səsvermədə Azərbaycan millisinin hücumçusu Mahir Emreli də birinci dövrənin uğursuzları sırasında göstərilib. “Legiya”nın forvardı çempionatın ən 
zəifi adına 11 namizəddən biridir. Onunla yanaşı, komanda yoldaşı Filip Mladenoviç və “Qornik”də çıxış edən ulduz futbolçu Lukas Podolski də ən zəif olmağa namizəddir.
Bu gün başladılan sorğuda hələlik ən çox səsi Emreli toplayıb – 37 faiz. Maraqlıdır ki, Mahiri çiyin-çiyinə çıxış etdiyi Mladenoviç 27 faiz səslə izləyir.
“Legiya”dan heç bir futbolçu ən yaxşıların sırasına düşə bilməyib. Hələlik Krakov “Visla”sının oyunçusu Yao Yeboa bu nominasiya üzrə səsvermədə hamını qabaqlayır.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm Polşa Ekstraklasasında 2 qol vurub, 1 məhsuldar ötürmə verib.