çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Ukrayna Futbol Assosiasiyasından maraqlı cərimə qərarı

28.12.2021 13:38 Oxundu 456


Ukrayna Futbol Assosiasiyasının (UAF) Nizam-İntizam Komitəsi "Veres" klubunu cərimələyib.
"CEMPİON.AZ"
xəbər verir ki, cərimənin tətbiq olunmasına səbəb Kiyev "Dinamo"suna 0:3 hesabı ilə uduzduğu oyundan sonra Rovno təmsilçisinin futbolçusunun dövlət dilində müsahibə verməməsidir. Üstəlik, qərardan şikayət etmək mümkün olmayacaq. Bundan sonra "Veres" nümayəndələri mətbuat üçün müsahibə və şərhlərini yalnız Ukrayna dilində verməli olacaqlar. Dövlət dilini lazımi səviyyədə bilməyən futbolçular və digər əməkdaşlar üçün klub dil kursu təşkil edilməlidir.
Bu qərar digər ölkələrin vətəndaşları olan şəxslərə aid deyil.