çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

"Legiya"lılar "Qarabağ"a mahnı bəstələyib

28.12.2021 15:00 Oxundu 434


Polşa "Legiya"sının azarkeşləri "Qarabağ" klubuna mahnı bəstələyiblər.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə futbolçu "Report"a geniş müsahibəsində Varşava təmsilçisində çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli məlumat verib.

24 yaşlı hücumçu bunun Azərbaycan təmsilçisinin Avropa Liqasında 2020/2021 mövsümünün pley-off mərhələsində "Legiya"ya qalib gəlməsindən sonra üzə çıxdığını söyləyib: "Tam mətnini bilmirəm, amma sonluğu "Qarabağ" - bax, bax, bax", belə bir şey olmalıdır. Mahnıdırmı, şüardırmı, bilmirəm. Hər halda belə sözləri var. "Bax" zərbə deməkdir. 3 dəfə "bax", "bax", "bax" deyirlər. Yəqin ki, "Qarabağ" "Legiya"nı 3:0 hesabı ilə udduğuna görədir".

Qeyd edək ki, "Qarabağ" bir oyundan ibarət dueldə "Legiya"nı 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsinə vəsiqə qazanmışdı. Mahir Emreli yayda "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.