29.12.2021 10:55
528
Şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ötən gün başa çatan Dünya Rapid Çempionatında tay-breyki qaydalarını “axmaqlıq” kimi qiymətləndirib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb:
"Bu, axmaq qaydadır.Ədalət hissinə açıq-aşkar ziyan vurmadığı müddətcə istənilən tay-breyk sistemi məqbuldur. Düşünürəm ki, əksəriyyət üçün bu, ədalətli deyil. Qaydaları bilirəm, amma onları dəyişdirmək lazımdır. Ən azı medal qazandım, bu, heç nədən yaxşıdır".
Qeyd edək ki, 13 raundun yekununda Karlsen də daxil olmaqla dörd oyunçunun 9,5 xalı olub. Əlavə göstəricilərə görə turnir cədvəlində ilk ikisi tay-brek üçün seçilib. Karlsen üçüncü olub.
Həmyerlimiz Şəhriyar Məmmədyarovun isə 13 turun nəticəsinə görə, 9 xalı olub.