29.12.2021 12:14
512
İtaliyanın “Genoa” futbol klubuna başçılıq edən ukraynalı mütəxəssis Andrey Şevçenko koronavirusa yoluxub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Həmçinin komandanın kapitanı Domeniko Krişito da koronavirusa yoluxub. Şevçenko və Krişito karantinə alınıb. “Genoa”nın məşqləri Şevçenkonun köməkçisi Mauro Tassottinin rəhbərliyi altında dekabrın 29-da bərpa olunacaq.
Şevçenko komandası “Genoa” 19 oyunda 11 xalla İtaliya çempionatının turnir cədvəlində 18-ci yerdədir. Növbəti turda Genuya klubu yanvarın 6-da “Sassuolo” ilə qarşılaşacaq.