çərşənbə axşamı, 26 noyabr 2024

BİZİM FUTBOL

“Sabah”ın futbolçusu tərbiyəsiz davranışa görə diskvalifikasiya olundu

30.12.2021 09:46 Oxundu 437

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"CEMPİON.AZ"
xəbər verir ki, aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınan neqativ hallarla bağlı qərarlar verilib. Komitə, xüsusən də, qeyri-etik ifadə işlədən futbolçulara sərt üzünü göstərib. U-17 Liqasında “Qarabağ”la matçın sonlarında komanda yoldaşını təhqir edən “Turan Tovuz”un oyunçusu Rafiq Abdullayevə 3 matçlıq cəza kəsilib. Həmin liqanın “Sumqayıt” – “Keşlə” görüşündə isə birincilərin üzvü Anar Əhmədzadə hakimi söyüb. Bu, onun 4 oyunluq diskvalifikasiya olunmasına səbəb olub. U-13 Liqasında isə “Leon” FK ilə qarşılaşmada isə “Sabah”ın yeniyetmə futbolçusu Hüseyn Allahverdiyev tərbiyəsiz davranışa yol verib. O, rəqibi təhqir etdiyi üçün qarşıdakı 2 görüşü buraxacaq. Bundan başqa, Yüksək Qızlar Liqasının “Qəbələ” FK – “Nuxa” (Şəki) oyununda “Qəbələ” ikinci hissədə meydana çıxmadığından, hesab olduğu kimi saxlanılmaqla adıçəkilən komandaya texniki məğlubiyyət verilib.