çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Çelsi" - "Brayton"la heç-heçə edib

30.12.2021 10:50 Oxundu 468

Futbol üzrə İngiltərə çempionatının 20-ci turu çərçivəsində səfərdə "Brayton"un futbolçuları Londonun "Çelsi"si ilə bərabərə qalıb.

"CEMPİON.AZ" xəbər verir ki, Londonda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Romelu Lukaku (28-ci dəqiqə), qonaqlardan Denni Uelbek (90+1) fərqlənib.
Yeddi oyundur məğlub olmayan “Çelsi” 42 xalla Premyer Liqanın ikinci pilləsində qərarlaşıb. 18 oyunda 24 xal toplayan “Brayton” onuncu pillədə qərarlaşıb. 
Növbəti turda londonlular yanvarın 2-də “Liverpul”u qəbul edəcək, “Brayton” həmin gün “Everton”la səfərdə oynayacaq.