30.12.2021 10:55
452
"Mançester Siti" futbol üzrə İngiltərə çempionatının 20-ci turunda "Brentford"u məğlub edib.
"CEMPİON.AZ" xəbər verir ki, Brentfordda keçirilən görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qarşılaşmada yeganə qolu Fil Foden (16-cı dəqiqə) vurub. 87-ci dəqiqədə "Siti"nin ikinci qolunu Emerik Laport vurdu, lakin Hakimlərə Video Köməkçi (VAR) sistemindən istifadə etdikdən sonra hesaba alınmadı.
"Mançester Siti" Premyer Liqada on matçdır məğlub olmayıb, klub 20 matçdan sonra 50 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Brentford" 18 oyunda 20 xalla 14-cü pillədə qərarlaşıb. Növbəti mərhələdə “Siti” yanvarın 1-də London “Arsenal”ı ilə, bir gün sonra isə "Brentford" Birmingemdən “Aston Villa”nı qəbul edəcək.