Paraqvaylı yarımmüdafiəçi Xesus Medina qış transfer pəncərəsində Rusiyanın ÇSKA klubuna keçə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "ABC Cardinal" telekanalı məlumat yayıb. Medina Nyu York Şəhər Böyük Futbol Liqasının (MLS) komandasının üzvüdür. Oyunçu ilə klub arasındakı müqavilə 2022-ci il yanvarın 1-də başa çatacaq. Medina bundan sonra Rusiyanın ÇSKA-sına keçid edə bilər. Rusiya klubu hazırda futbolçu ilə danışıqlar aparır.
Qeyd edək ki, Medinanın 24 yaşı var. O, Paraqvayın “Libertad” klubunun yetirməsidir. Paraqvayın müxtəlif yaş qrupları üzrə yığmalarına cəlb olunub, əsas millidə bir oyun keçirib. Medina 2018-ci ildən “Nyu York Siti”nin şərəfini qoruyur, 119 oyuna çıxıb, 26 qol vurub və on məhsuldar ötürmə edib.
DÜNYA FUTBOLU
"New York City"nin futbolçusu ÇSKA-ya keçə bilər
30.12.2021 12:21
438