30.12.2021 14:11
711
İspaniyada keçirilən idman tədbirlərində tamaşaçı sayına məhdudiyyət qoyulub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə qərarı İspaniyanın Səhiyyə Şurası verib. Koronavirusa yoluxanların sayının artması ilə əlaqədar belə addımın atılması zəruri sayılıb. Futbol oyunları və açıq havadakı digər tədbirlərdə stadionun tutumunun 100 deyil, 75 faizi tribunalara buraxılacaq. Qapalı məkanlardakı 80 faizlik məhdudiyyət isə 50 faizə endirilib. Tədbirlər zamanı tamaşaçılar maska ilə əyləşməlidir. Onlara tribunada olduğu vaxt siqaret çəkmək və yemək də qadağan edilib.
Qeyd edək ki, La Liqada fasilə dekabrın 31-dəki matçla başa çatacaq, yanvarın 2-3-də tur davam etdiriləcək.