çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Emreli daha artıq maaşla "Visla"ya keçə bilər

30.12.2021 15:36 Oxundu 809


Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşada klubunu dəyişə bilər.
"Apasport.az"
a istinadən xəbər verir ki, “Legiya”nın forvardı Ekstraklasanın digər təmsilçisinin maraq dairəsindədir. Söhbət Krakov “Visla”sından gedir. Qış fasiləsində bəzi oyunçularını satacaq “Visla” “Legiya”nın birdən-birə üç futbolçusuna göz dikib. Krakov təmsilçisi Emreli ilə yanaşı, Joel Abu Hanna və Maik Navroçkini də heyətinə cəlb etmək niyyətindədir. Hər üç futbolçu ilə bununla bağlı danışıq aparıldığı da bildirilir. Ancaq oyunçular “Legiya”dakından daha yüksək maaş tələb edib.
Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.