05.01.2022 09:52
463
Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Legiya”da 2021-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.
"CEMPİON.AZ" xəbər verir ki, 25 yaşlı forvard Polşa klubunun rəsmi saytı vasitəsilə azarkeşlər arasında apardığı sorğunun qalibi olub. 42 faiz səs toplayan həmyerlimiz əsas rəqibləri Filip Mladenoviç və Tomaş Pekhartı qabaqlayıb. Serbiyalı Mladenoviç 39, çexiyalı Pekhart isə 19 faiz səslə üçüncü yeri tutub.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm “Legiya”nın heyətində keçirdiyi 33 oyunda 11 qol vurub. O, Polşa klubu ilə müqaviləsinə xitam verilməsi üçün rəhbərliyə məktub göndərib.