çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Mançester Yunayted" Rangnikin rəhbərliyi altında ilk məğlubiyyətini aldı

04.01.2022 09:56 Oxundu 531


Futbol üzrə İngiltərə çempionatının 21-ci turu çərçivəsində "Mançester Yunayted" səfərdə "Vulverhempton"a 0:1 hesabı ilə uduzub.
"CEMPİON.AZ"
xəbər verir ki, oyuna 82-ci dəqiqədə ev sahibləri tərəfindən Joao Moutinyo damğasını vurub. Bununla da 
“Mançester Yunayted” noyabrın 29-da komandanın baş məşqçisi vəzifəsini icra edən alman Ralf Ranqnikin rəhbərliyi altında ilk məğlubiyyətini aldı. Alman mütəxəssisin rəhbərliyi altında "Vulverhempton"la oyundan əvvəl mankunianlılar İngiltərə çempionatında dörd qələbə və bir heç-heçə qazanıb. Çempionlar Liqasında "Mançester Yunayted" İsveçrənin "Yanq Boyz"u ilə bərabərə qalıb (1:1). 
Görüşü "Mançester Yunayted"in kapitanı Harri Maquayr buraxıb. Kriştiano Ronaldo bununla ikinci dəfə komandanı kapitan sarğısı ilə meydana çıxarıb. O, ilk dəfə bu vəzifəni 2008-ci ilin martında yerinə yetirib. "Vulverhempton" 1980-ci ildən bəri ilk dəfə "Mançester Yunayted" üzərində səfərdə qalib gəlib. 

"Mançester Yunayted" Premyer Liqada 19 oyundan sonra 31 xalla 7-ci yerdədir. “Vulverhempton” 38 xal toplayaraq səkkizinci pilləyə yüksəlib. Növbəti turda “Mançester Yunayted” yanvarın 15-də səfərdə “Aston Villa” ilə qarşılaşacaq, “Vulverhempton” isə həmin gün “Sauthempton”u qəbul edəcək.