çərşənbə axşamı, 26 noyabr 2024

BİZİM FUTBOL

“Zirə” Türkiyədə

05.01.2022 10:19 Oxundu 557

“Zirə” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirmək üçün Türkiyəyə yollanıb.
"CEMPİON.AZ"
"Apasport.az"a istinadən xəbər verir ki, məşqlərinə yanvarın 2-də Bakıda başlayan paytaxt klubu bu gün səhər saatlarında Antalyaya uçub. Rəşad Sadıqovun yetirmələri 2022-ci ildə ölkə xaricinə yollanan ilk Azərbaycan klubu olub. “Zirə” Antalyada 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Qəsəbə klubu yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik” (Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. "Zirə” yanvarın 25-də Bakıya dönəcək. 
Qeyd edək ki, “Zirə” Premyer Liqanın 14 turundan sonra turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.