İtaliya millisinin və Fransanın "Paris Sen-Jermen" futbol klubunun qapıçısı Canluici Donnarumma koronavirusa yoluxub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb. Qapıcının təcrid olunduğu bildirilir. Bu mövsüm 22 yaşlı Donnarumma PSJ-nin heyətində bütün yarışlarda 11 oyun keçirib. O, yayda İtaliyanın Milan şəhərindən komandaya qoşulub. Donnarumma 2021-ci ilin yayında İtaliya millisi ilə Avropa çempionatının qalibi olub. Turnirin sonunda o, ən yaxşı oyunçu kimi tanınıb. İtaliyalı Avropa çempionatının bütün oyunlarında start heyətində yer alıb. Noyabr ayında Donnarumma "France Football" jurnalının, Lev Yaşin ilin qapıçısı mükafatını qazanıb.
PSJ 19 turdan sonra 46 xal toplayıb və Fransa çempionatında birinci yerdədir.
Qeyd edək ki, komandanın ispaniyalı futbolçusu Xuan Bernatın koronavirus testi mənfi çıxıb və yenidən məşqlərə davam edəcək.
DÜNYA FUTBOLU
PSJ-nin qapıçısı koronavirusa yoluxub
05.01.2022 10:27
438