05.01.2022 10:33
454
Moskva “Spartak”ının yarımmüdafiəçisi Yorrit Hendriksin Türkiyənin “Antalyaspor” komandasına keçid etməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib.
"CEMPİON.AZ" "ria.ru"ya istinadən xəbər verir ki, bu barədə futbolçunun sözçüsü Fulko van Kuper məlumat verib. O bildirib ki, xəbər yalandır və “Antalyaspor” komandası futbolçu ilə maraqlanmayıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatı "Antalyaspor"un 26 yaşlı hollandiyalını almağa hazır olduğunu bildirmişdi.