05.01.2022 10:52
442
Təbrizin "Traktor" futbol komandasının "Persepolisə" 2:1 hesablı məğlubiyyəti Rəsul Musəvipur adlı gənc fanatının ölümünə səbəb olub.
"CEMPİON.AZ" "khabarina.com"a istinadən xəbər verir ki, o, komandasının oyununu instaqramda canlı izlədikdən sonra miokard infarkt keçirib. Oyunu izlədikdən sonra evə gələn Musəvipur ürək nahiyəsindəki ağrılardan şikayət edib. Həyat yoldaşı onu xəstəxanaya çatdırmağa çalışsa da, bu mümkün olmayıb və o yolda dünyasını dəyişib. 32 yaşlı gəncin 4 yaşlı qızı var.
Qeyd edək ki, 13 görüşdə cəmi 11 xal toplayan Təbriz komandası 16 iştirakçı arasında 13-cüdür.