05.01.2022 11:29
441
Beynəlxalq Futbol Federasiyası (FİFA) ilin ən gözəl qoluna görə verilən "Ferens Puşkaş" mükafatına üç iddiaçının adını açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, ötən mövsüm “Tottenhem”də çıxış edən argentinalı Erik Lamelanın martın 14-də İngiltərə çempionatında “Arsenal”ın qapısından keçirdiyi qol, çex Patrik Şikin 14 iyun 2020-ci ildə Avropa çempionatında Şotlandiya komandasının qapıısından keçirdiyi qol və Portuqaliyanın "Porto" komandasında oynayan iranlı Mehdi Tareminin aprelin 13-də Çempionlar Liqası matçında İngiltərənin “Çelsi”si komandasının qapısından keçirdiyi qol ən yaxşılardan hesab olunub.
Qalan nominasiyalar üzrə finalçılar daha sonra elan ediləcək. Mükafatların təqdimetmə mərasimi yanvarın 17-də Sürixdə keçiriləcək.