05.01.2022 14:55
454
"Liverpul" komandada koronavirus şübhəsi hallarının artması səbəbindən İngiltərə Kubokunun yarımfinalında "Arsenal"a qarşı keçiriləcək oyunu təxirə salmaq üçün sorğu göndərib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın oyunçuları və heyəti arasında koronavirus infeksiyasına yoluxma şübhəsi hallarının artması, eləcə də xəstəlik və zədə kimi digər amillərlə əlaqədar klub İngiltərə Futbol Liqası (EFL) ilə əlaqə saxlayıb. "Qırmızılar" cümə axşamı günü baş tutacaq matçdan əvvəl mövcud vəziyyətin yaxşılaşdırılması perspektivinin olmadığını və onun pisləşmə ehtimalını nəzərə alaraq, klub matçın təxirə salınmasını tələb etməyi məqsədəuyğun hesab edib.
"Liverpul" məşqlərini dayandırıb. Çərşənbə axşamı keçirilməli olan məşq ləğv edilib.
Qeyd edək ki, yanvarın 6-da Londonda “Arsenal” və “Liverpul” arasında İngiltərə Liqa Kubokunun ilk yarımfinal matçı keçiriləcək. Cavab oyunu yanvarın 13-də Liverpulda keçiriləcək.